Qərb dövlətlərinin elan etdiyi görünməmiş sanksiyalardan sonra Rusiya lideri Vladimir Putinə daxili təzyiqlər artmağa başlayıb. Rusiyanın ən zəngin iş adamı, kömür və gübrə maqnatı Andrey Melniçenko da işğalla bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Rusiyanın kömür və gübrə maqnatı Andrey Melniçenko Ukraynada müharibə tez bir zamanda dayandırılmalı olduğunu vurğulayıb.
O, əks halda gübrə qiymətlərinin artması səbəbindən fermerlər işləyə bilməyəcəyi və bu, zəncirvari ərzaq böhranına səbəb olacağını yerli KİV-lər birinə müsahibəsində bildirib.
"Ukraynada baş verənlər həqiqətən faciəlidir. Bizə təcili sülh lazımdır. Belarusda doğulmuş və Ukrayna qanı ilə axan Rusiya vətəndaşı olaraq qardaş xalqların müharibəsi və ölümü qarşısında böyük ağrı hiss edirəm" , - deyə ifadə edib.
Bildirək ki, Belarus əsilli Rusiya vətəndaşı Melniçenkonun anası da ukraynalıdır.
"Forbes"in məlumatına görə, Melniçenkonun sərvəti 10 mart 2022-ci il tarixinə 15,8 milyard ABŞ dolları qiymətləndirilir ki, bu da onu Rusiyanın 7-ci ən varlı adamı edir. Ötən gün onun143 metr uzunluğunda və 530 milyon avro dəyərində dünyanın ən böyük yelkənli yaxtası İtaliyada sanksiyalar çərçivəsində müsadirə edilib.
Rusiyanın ən zəngin milyarderi, metal nəhəngi Norilsk Nikelin sahibi Vladimir Potanin də səhmlərin düşməsi səbəbindən bu il sərvətinin təxminən dörddə birini itirib. Buna baxmayaraq, hələ də təxminən 22,5 milyard dollar sərvəti olan Potanin bir çox şirkətin Rusiyadakı fəaliyyətini dayandırmaq qərarının "emosional" olduğunu bildirib.
Gülayə Mecid