Martın 14-də səhər Ukraynanın hava hücumundan müdafiəsi rusların Kiyev səmasında atdığı raketi vurub.

"Unikal" xəbər verir ki, raket qalıqlarının yerə düşmə anı kameralara əks olunub. 

Raketin qalıqları paytaxtın Kurenevka yaşayış massivinə düşüb. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, bir nəfər ölüb, altı nəfər yaralanıb.

Ağarza Elçinoğlu