NATO-ya üzv ölkələrin müdafiə nazirləri Ukrayna gündəminə uyğun olaraq Brüsseldə fövqəladə toplantı keçirib.
"Unikal" xəbər verir ki, Brüsseldə saat 10:00-da başlayan ilk sessiyada NATO-ya üzv ölkələrlə yanaşı, Ukrayna, Gürcüstan, İsveç və Finlandiya ilə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell iştirak edir.
NATO digər tərəfdaş ölkələr və qurumlarla Ukrayna-Rusiya ilə bağlı son vəziyyəti qiymətləndirəcək.
Gülayə Mecid