Tokionun Kuril adaları ilə bağlı yeni bəyanatları Yaponiyanın milli maraqları ilə bağlı deyil və Vaşinqton tərəfindən onun anti-Rusiya mövqeyini dəstəkləmək üçün diktə edilib.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna müsahibəsində bildirib.
"İndi biz beynəlxalq məsələlərdə Yaponiyanın öz xarici siyasət xəttinin olmadığını açıq şəkildə görürük", - deyə diplomat Tokionu qınayıb.
Zaxarovanın sözlərinə görə, ABŞ Rusiya və Yaponiya arasında qarşılıqlı faydalı əməkdaşlığa qarşı çıxıb. Diplomat Vaşinqtonu iki ölkə arasında münasibətlərə müdaxilə etməkdə ittiham edərək, Moskva və Tokionun qarşılıqlı fəaliyyət və tərəfdaşlıq üçün prioritet sahələr tapa biləcəyini qeyd edib.
Martın 8-də Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi bildirib ki, ölkənin Kuril adalarının cənub hissəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, Tokio bu əraziləri "əslində yaponiyalı" hesab edir.
Qeyd olunub ki, əvvəllər Yaponiya "əsl ərazilər" ifadəsini işlətmirdi. Yeni tərif Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Hideki Uyamın cənub Kuril adalarının Rusiya tərəfindən "işğal edilməsi" ilə bağlı sözlərindən az sonra verilib.
Ağarza Elçinoğlu