Almaniyanın ən böyük enerji şirkəti E.ON Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq "Qazprom"un Avropadakı ticarət şirkətlərindən yeni həcmdə qaz alışını dayandırdığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Şirkət bildirib ki, birbaşa qaz istehsalçıları ilə uzunmüddətli tədarük müqavilələri olmasa da, portfelində kiçik bir məbləğ "Qazprom"un ticarət şirkətlərindən alınıb.
Eyni zamanda şirkətin baş direktoru Leonhard Birnbaum xəbərdarlıq edib ki, Rusiyadan enerji idxalının qəfil dayandırılması E.ON-a iqtisadi cəhətdən mənfi təsir göstərəcək: "Rusiya bazarı bizim hədəf bölgələrimizdən biri deyil. Amma bir şey aydındır: enerji idxalında az-çox uzunmüddətli fiziki çatışmazlıq olarsa, bunun bizim üçün də nəticələri olacaq".
Ağarza Elçinoğlu