Somalinin Keniya ilə sərhədi yaxınlığında baş verən partlayış nəticəsində azı 10 keniyalı hərbçi ölüb, beş nəfər ağır yaralanıb.
"Unikal" “BBC”yə istinadla xəbər verir ki, hadisə avtomobil karvanının kustar üsulla hazırlanmış partlayıcı qurğunun üzərindən keçməsi nəticəsində baş verib.
Partlayışın əvvəllər də mülki şəxslərə və təhlükəsizlik qüvvələrinin karvanlarına qarşı oxşar hücumlar həyata keçirən Əl-Şəbab qruplaşması tərəfindən törədildiyi güman edilir.
Öldürülən hərbçilərin federal hökumətə silahlılarla mübarizədə kömək üçün Afrika İttifaqının Somalidə yerləşdirilən sülhməramlı qüvvələrə aid olduqları bildirilib.
Qeyd edək ki, son aylarda Somalidə ictimai yerləri və təhlükəsizliyi yoxlama məntəqələrini hədəfə alan hücumlarda artım müşahidə olunub.