“Biz evdəyik və Ukraynanı müdafiə edirik!”
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski onun barəsində yayılan təxribata cavab olaraq bildirib.
Belə ki, “Ukrayna24” telekanalında xəbər lentində Zelenskinin “çətin qərar verərək, sakinlərlə vidalaşmaq qərarına gəldiyi”, həmçinin əhalidən “silahları yerə qoymalarını” istədiyi barədə yazı keçib.
“Biz heç bir silahı təhvil verməyə hazırlaşmırıq. Zəfərə qədər! Rusiya hərbçilərinə isə silahlarını təhvil verməyi təklif edə bilərəm”, - deyə Zelenski telekanala haker hücumuna reaksiya verib.