“Regionda əməkdaşlıq üçün əlimizdən gələni edəcəyik”.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, türkiyəli həmkarı ilə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. “Keçən il altılıq platforması gündəmə gəldi. Amma digər region ölkələrindən fərqli olaraq Gürcüstan hələ də “3+3” layihəsi barədə qərar verməyib. Amma bizim qapımız Gürcüstana açıqdır”.