Perunun Pataz şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə bölgə qubernatoru Manuel Llempen açıqlama verib. O, təbii fəlakət nəticəsində ən az 80 evin torpaq altında qaldığını, zərərin miqyasını hələ bilmədiklərini bildirib. 

Səlahiyyətlilər təcili yardım qruplarının dərhal əraziyə göndərildiyini açıqlayıb. Ətrafdakıların dəstəyi ilə aparılan axtarış-xilasetmə işlərində 4 nəfər sağ-salamat xilas edilib, 3-ü uşaq olmaqla 7 nəfər isə hələ də itkin düşmüş sayılır. 

Ağarza Elçinoğlu