İsveçrə hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib, təcavüzkar ölkədən 200-dən çox şəxs və təşkilat sanksiyalar siyahısına əlavə edilib.
"Unikal" xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat verilib.
Bildirilir ki, "maliyyə sanksiyaları və ölkəyə giriş qadağası indi "oliqarxlar və nüfuzlu iş adamları" da daxil olmaqla xeyli şəxsə şamil olunacaq. Onların İsveçrədəki bank hesabları dondurulacaq. Rusiya Federasiyasından doqquz yeni təşkilat maliyyə sanksiyalarına məruz qalacaq".
İsveçrə hökuməti Belarusa qarşı da sanksiyaları sərtləşdirib - görülən tədbirlər, xüsusən də mal və maliyyə xidmətlərinə aiddir.
Ağarza Elçinoğlu