Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17 574 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1729, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14 072, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 905 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 303 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 316 267, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 807 323, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 959 219, pozitiv nəticədən sonra buster doza olunanların sayı 221 129 təşkil edir.