"Ukraynanın Krım Muxtar Respublikası 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumla Rusiya Federasiyasına ilhaq edilib. Beynəlxalq hüquqa zidd olan bu əməl ölkəmiz və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-in Krımın Rusiya tərəfindən ilhaqının 8-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.
"Krımda baş verənləri, xüsusilə yarımadanın köklü xalqlarından olan Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik. Bu münasibətlə Türkiyə strateji tərəfdaşı olan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyir”,- deyə bəyanatda bildirilib.