Rusiya və Ukrayna nümayəndə heyətləri Kiyevin neytrallığı və Ukrayna silahlı qüvvələrinin azaldılması şərti ilə atəşkəs və rus qoşunlarının çıxarılması da daxil olmaqla, 15 bənddən ibarət münaqişəyə son qoymaq üçün plan hazırlayıblar.
“Unikal” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov "Financial Times" qəzetinin xəbəri ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
“Hələlik biz hər hansı saziş paketini açıqlamağın tez olduğunu düşünürük”, - Peskov bildirib.
Bundan əlavə, Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə etmək üçün deyil, əldə olunan razılaşmaları düzəltmək üçün görüşə bilər.