Fevralın 24-dən martın 16-dək Ukraynadan Polşaya keçən qaçqınların sayı 1,95 milyon nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Polşa Sərhəd Xidməti yayıb.
Bildirilir ki, Polşa ərazisinə daxil olan qaçqınların 94 faizi Ukrayna vətəndaşlarıdır. Həmçinin qeyd edilib ki, Sərhəd Xidməti qonşu Ukrayna ilə səkkiz sərhəd-keçid məntəqəsində fasiləsiz rejimdə xidmət göstərir.
Avropa İttifaqı və Polşanın təhlükəsizliyinin qorunması məqsədilə bütün qaçqınların şəxsi məlumatları milli və beynəlxalq axtarış sistemlərində yoxlanılır. İndiyədək milli və beynəlxalq axtarışda olan 125 nəfər Polşa Sərhəd Xidməti tərəfindən saxlanılaraq müvafiq şəkildə təhvil verilib.