Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (AFU) minə yaxın əsgəri tamamilə mühasirəyə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Life SHOT Telegram" kanalı məlumat yayıb. 

SHOT-un məlumatına görə, 37-ci briqadanın iki elit Ukrayna bölməsinin 100 əsgəri mühasirədən qaçmağa cəhd edib və əsir götürülən iki nəfər istisna olmaqla, demək olar ki, hamısı məhv edilib. Bildirilir ki, Rusiya Silahlı Qüvvələri döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ilə əsgərləri arasında rabitə əlaqəsini kəsir, bu səbəbdən rus əsgərlərinin hərəkəti müşahidə olunmadan baş verir, ukraynalı hərbçilər isə öz həmkarlarına hücum edir.