Türkiyədə "1915 Çanaqqala" körpüsünün açılışı olub.
"Unikal" xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Körpünün uzunluğu 3563 metr, orta açıqlığı 2023 metr, yan aşırımları isə 770 metrdir.
2023 metrlik orta aşırım Türkiyə Cümhuriyyətinin 100 illiyinin rəmzidir. Körpü dünyanın ən uzun orta aşırımlı asma körpüsü olacaq.