“Danışıqlar prosesində Rusiya və Ukraynanın bəzi əsas məsələlərdə mövqeləri yaxınlaşıb, bəzi məsələlər isə prezidentlər səviyyəsində həllini tapmalıdır”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyet” qəzetinə müsahibəsində bildirib.
Konkret hansı məsələlərdə Rusiya və Ukraynanın mövqelərinin üst-üstə düşdüyünü açıqlamayan M. Çavuşoğlu deyib ki, rəsmi Ankara üçün Türkiyə, yaxud başqa bir ölkədə baş tutmasından asılı olmayaraq, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşünün keçirilməsi vacibdir. Onun sözlərinə görə, əgər V. Putin və V. Zelenskinin Türkiyədə görüşünün keçirilməsi barədə qərar qəbul edilərsə, onların arzusuna uyğun olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da görüşdə iştirak edə bilər.