Rusiyanın Ukraynaya hücumları nəticəsində bu günə qədər 115 uşaq həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, 140-dan çox azyaşlı yaralanıb. Belə ki, Kiyevdə 58, Xarkovda 36, Donetskdə 29, Çerniqovda 30, Nikolayevdə 22, Jitomirdə 15, Sumıda 14, Xersonda 14 uşaq xəsarət alıb.
Bundan əlavə, 489 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 69-u tamamilə məhv edilib.