Rusiya Belarusa dövlət kreditlərinin ödənilməsi üçün 5-6 il güzəşt müddəti verib.
"Unikal" xəbər verir ki, bunu Belarusun maliyyə naziri Yuri Seliverstov bildirib.
"Ödənişlərin bir hissəsinin ölkələrimiz üçün qarşılıqlı məqbul olan daha rahat şərtlərə dəyişdirilməsi, onların beş ildən altı ilədək irəlilədilməsi müzakirə edilib və təklif edilib", - o deyib.
Belarus Maliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya kreditləri üzrə ödənişlərin təxirə salınmasından azad edilən vəsaitin bir hissəsi "xüsusilə bu sanksiyalar dövründə qarşılıqlı ticarəti yaxşılaşdıracaq, sektorları dəstəkləməyə" yönəldiləcək.
Ağarza Elçinoğlu