Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşı beşinci sanksiyalar paketi üzərində işləyir.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Moskvaya neft embarqosu tətbiq etmək imkanı da nəzərdən keçirilir.
Baltikyanı dövlətlərin, o cümlədən Litvanın da bu cür məhdudlaşdırıcı tədbirlərdə iştirakı nəzərdə tutulur. Almaniya isə Avropada enerji qiymətlərinin yüksək olması səbəbindən tələsik addım atmaqdan çəkinməyi məsləhət görüb.