Rusiyanın qanadlı raketlərinin Ukraynanın Rovenskaya vilayətindəki sınaq poliqonunu vurması nəticəsində 80-dən çox əcnəbi muzdlu və döyüşçü öldürülüb.
"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Kiyevətrafı Nikolaevka kəndində rus hərbçiləri Ukrayna silahlı qüvvələrinin mühafizə olunan komanda məntəqəsinə nəzarəti ələ keçiriblər. Komanda məntəqəsinin 61 ukraynalı hərbçisi təslim olub, onların yarıdan çoxu Ukrayna silahlı qüvvələrinin yüksək rütbəli zabitləridir”, - Konaşenkov qeyd edib.