Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika və İntizam Komissiyası rusiyalı şahmatçı Sergey Karyakini 6 ay müddətinə yarışdan kənarlaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb. Fevralın 27-də Karyakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyi açıq məktub dərc edib. Ertəsi gün FİDE rusiyalını siyasi mövqeyini açıq elan etdiyinə görə qınayıb, şahmatçıya qarşı intizam işi açıb.
“Sergey Karyakin FİDE-nin Etik Kodeksinin 2.2.10-cu maddəsini pozmaqda təqsirli bilinib və altı ay müddətinə yarışlardan kənarlaşdırılıb, ona təşkilatın himayəsi altında keçirilən hər hansı reytinqli şahmat yarışlarında oyunçu kimi iştirak etmək qadağan edilib. qərar elan edildiyi gündən - 21 mart 2022-ci il tarixindən qüvvəyə minir”, - məlumatda deyilir