Rusiyalı oliqarx Roman Abramoviç sanksiyalara görə nüfuzlu Hollivud və amerikalı dostlarından borc götürmək məcburiyyətində qalıb.

"Unikal" xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Bildirilir ki, Abramoviçə işçilərinə maaş vermək üçün həftədə 750 min dollar lazımdır.

“Yaxtalarında və Sent Bartdakı böyük mülkündə bir sıra ulduz əyləncələri təşkil edən Abramoviçin Hollivudda, Uoll-stritdə və texnologiya dünyasında çoxlu yaxın dostları var. Amma onun tərəfdaşları Abramoviçə borc verməkdən qorxur”, -  "Page Six" yazır.

Məlumata görə, o, Hollivud prodüseri və rejissoru Brett Ratner və Rotşild ailəsinə də müraciət edib.