ABŞ-da bir sıra yan təsirə görə "Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndinin istifadəsini məhdudlaşdırılması qərarına gəlinib.
"Unikal" CNN -ə istinadən xəbər verir ki, FDA-ya görə, dərmanı istifadə edərkən qan laxtalanma sindromunun inkişaf riski artır.
Həkimlər "Johnson&Johnson" peyvəndinin istifadəsindən sonra tromboz hallarını müəyyənləşdiriblər. Bundan sonra peyvəndin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Qərardan sonra 18 yaşdan yuxarı amerikalılara ABŞ tərəfindən təsdiqlənən digər peyvəndlərdən vurulacaq.
Qeyd edək ki, "Johnson&Johnson" şirkətinin peyvəndi 2021-ci ilin fevral ayından istifadə edilir, bundan əlavə, ABŞ-da Moderna və Pfizer peyvəndlərindən istifadə olunur.
Qeyd edək ki, "Johnson&Johnson" digər vaksinlərdən yalnız bir doza tələb etməsi ilə fərqlənir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, bu günə qədər təxminən 18,7 milyon amerikalı "Johnson & Johnson" peyvəndi olunub.
Aynurə Xudaverdiyeva