"Belarus Prezidenti Aleksandr Lukaşenko öz nümayəndə heyətini Rusiyanın nəzarətində olan Donbas və Luqansk rayonlarına göndərməyə hazırlaşır və onları Kremlin qanuni qurumları kimi tanıyır".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən "Kanal 24" məlumat yayıb.

İddialara görə, səfər zamanı belaruslu nümayəndələr “LDXR”nin tanınması haqqında saziş imzalayacaq və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni dəstəkləməyə rəsmi olaraq dəstək verəcəklər. Lukaşenkonun özü isə orada olmayacaq.

Üstəlik, iddialara görə, belarus nümayəndələrinin Mariupoldakı “parada” getmə ehtimalı da var.

Aynurə Xudaverdiyeva