İran Amerikanın hücumu zamanı "dağıdıcı cavab" verə bilər
02:35 05-04-2012
DÜNYA
İran Amerikanın hücumu zamanı "dağıdıcı cavab" verə bilər
Hillari Klinton: "Ümid edirəm ki, Tehran nüvə proqramının hərbi məqsəd daşımadığını isbat edəcək"
ABŞ-ın hücumu baş verərsə, İran cavab zərbəsi endirə bilər. Bu barədə məlumatı "Reuters" İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Məsud Cazaeriyə istinadla yayıb.
"Amerikalılar tərəfdən istənilən zərbəyə bizdən dağıdıcı zərbə ilə cavab veriləcək. Və bu halda biz ancaq yaxın Şərq və Fars körfəzi hüdudlarında fəaliyyət göstərməyəcəyik. ABŞ-da heç bir yer bizim hücumlarımızdan gizlənə bilməyəcək", deyə Məsud Cazaeri bildirib. O, heç vaxt İranın birinci hücum etməyəcəyini deyib.
ABŞ və İran münasibətləri Tehranın MAQATE rəsmilərini öz nüvə obyektlərinə buraxmamasından sonra kəskinləşib. Bir sıra Qərb ölkələri İranı nüvə silahı hazırlamaqda ittiham edib. Ancaq Tehran nüvə proqramının sülh xarakteri daşıdığını bildirir.
" İranın da nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etməyə haqqı var. Lakin öncə beynəlxalq aləm Tehranın nüvə proqramının hərbi məqsəd daşımadığına əmin olmalıdır". "İRİB"in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərin suallarını cavablandırarkən deyib.
İranla "altılıq" ölkələri arasında müzakirələrin keçirilməsini dəyərləndirən H.Klinton bildirib ki, bu nəticənin əldə edilməsində Rusiyanın və Çinin əməyi var: "Bu fəaliyyətdə xüsusi ilə Rusiyanın və Çinin faydalı rolu olub. Onları da İranın nüvə proqramı ciddi narahat edir. Mən diplomatam. Mənim işim çətin problemlərin sülh yolu ilə həllinə nail olmaqdır. Bura İranın nüvə proqramı da daxildir. Ümid edirəm ki, İran nüvə proqramının hərbi məqsəd daşımadığını isbat edəcək".
Bu arada məlum olub ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin azaldılması və problemin dinc yolla həll olunması məqsədiylə bu ay İstanbulda reallaşdırılması nəzərdə Tehran - "5+1" (BMT TŞ-nın üzvləri və Almaniya) danışıqları ərəfəsində qalmaqal yaranıb.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, Möhsün Rzayi jurnalistlərə açıqlamasında nüvə danışıqlarının Türkiyədə yox, başqa bir ölkədə keçirilməsi təklifiylə çıxış edib. "Türkiyəli dostların əldə etdiyimiz bir sıra razılaşmalara, verdikləri vədlərə sadiq qalmadığını nəzərə alaraq 5+1 qrupu ilə danışıqların başqa bir dost ölkədə keçirilməsi yaxşı olar. Türkiyəyə inanmaq olmaz. Elə buna görə də hesab edirəm ki, bu müzakirələrin Bağdad, Beyrut və ya Dəməşqdə keçirilməsi Istanbuldan daha münasibdir", - deyə keçmiş SEPAH komandanı bildirib.
Möhsün Rzayinin sözlərinə görə, İran elə davranmalıdır ki, "5+1" qrupu bizim zəif mövqedən çıxış etdiyimizi düşünməsin. Buna görə də müzakirələrin keçiriləcəyi yer haqda fikirləşmək lazımdır. Qərb düşünməməlidir ki, İstanbul Tehran rejimi üçün yeganə və son seçimdir.
Bu arada İranın yaxın müttəfiqi və bu ölkəyə qarşı sərt addımların önünü kəsən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, BMT Təhlükəsizlik Şurası Tehrana yönəlik hərbi müdaxiləyə imkan verməyəcək: "Kimlərinsə ağlına belə bir iş görmək - İrana hücum etmək fikri gəlsə, onlar TŞ-yə müraciət etməyəcək. Çünki, TŞ onsuz da güc tətbiqinə dair heç bir qətnamə qəbul edən deyil".
İranın keçmiş prezidenti Haşimi Rəfsəncani isə daha maraqlı təkliflə çıxış edib. Eks-prezident İranla ABŞ arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirib.
Rəfsəncaninin sözlərinə görə, ABŞ dünyanın əsas fövqəldövlətidir və İran digər fövqəldövlətlərlə münasibət saxladığı kimi ABŞ-la da əlaqələr qura bilər: "İslam heç vaxt əmr etməyib ki, əqidəmizlə müxalif olan tərəflərlə əlaqələrimizi kəsək və ya onlarla danışıq aparmayaq. Bu gün Amerika dünyanın ən güclü və üstün qüdrətidir. Əgər biz əqidə baxımından davransaydıq, onda Allahı və mənəviyyatı qəbul etməyən kafir ölkələrlə də əməkdaşlıq etməməli idik. Halbuki bu gün hamıdan çox həmin ölkələrə yaxınıq".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00
2024-12-23 13:41:00
2024-12-23 13:28:00