Rusiya fevralda Ukraynada hücuma cəlb etdiyi quru qüvvələrinin artıq 1/3-ni itirib.
"Unikal" xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Qeyd edilib ki, Donbasda hücumun tempi azalıb, qrafikdə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə geri qalır. Rusiya son ayda əhəmiyyətli əraziləri də nəzarətə götürə bilməyib, ancaq ciddi itkilər verməkdə davam edir. Britaniya kəşfiyyatının proqnozuna görə, körpü və kəşfiyyat avadanlığı, müşahidə və kəşfiyyat pilotsuz aparatlarının çoxsaylı itkisi quru qüvvələrinin itkisini daha da artıracaq. Artıq Rusiya Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri qarşısında çox zəif olan pilotsuz aparatların çatışmazlığı ilə üzləşib.
Britaniya kəşfiyyatı hesab edir ki, hazırkı şəraitdə qarşıdakı 30 gündə Rusiya qüvvələrinin hücum tempini kəskin artırması qeyri-mümkündür.