Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb.

AZAL təyyarənin göyərtəsində 62 sərnişinin olduğunu açıqlayıb. Onlardan 37 nəfər Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.