"Hubble" kosmik teleskopu Yer kürəsinin yaxınlığında yerləşən unikal ulduz çoxluğunun(Klaster-red.) şəklini çəkib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Liller 1" adlanan bu klaster Yerdən cəmi 30.000 işıq ili uzaqlıqda yerləşir. Bu isə astronomik baxımdan nisbətən yaxın klaster sayılır. "Liller 1" qalaktikamızın mərkəzindəki sıx və tozlu bölgə olan "Süd Yolu"nun çıxıntı hissəsində yerləşir.
Alimlər deyirlər ki, bu ulduz sıxlığı xüsusilə maraqlı klaster olmasıyla seçilir. Çünki onun əksər növlərindən fərqli olaraq "Liller 1"in tərkibində çox gənc və çox qədim ulduzların qarışığı var.