"Daşınmaz əmlakın alqı-satqısı zamanı ödəniş mütləq nağdsız şəkildə olmalıdır".
"Unikal" xəbər verir ki, bu sözləri "Xəzər TV"yə açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov bildirib.
Ekspert əlavə edib ki, ƏDV-ni geri almaq üçün ödənişi əvvəlcədən etmək kifayət etmir: "Bunun üçün tikilən bina tam təhvil verilməlidir. Əgər mənzil vətəndaşa təhvil verilibsə, amma ödəniş tam həyata keçirilməyibsə, bu hüquqdan istifadə edə bilməz".
Qeyd edək ki, əgər vətəndaş 150 min manatlıq mənzil alıbsa, o zaman ƏDV 23 min manat təşkil edir. Vətəndaşlara geri qaytarılacaq məbləğ isə ƏDV-nin 30 faizi - yəni 7500 manat olacaq.