Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 917 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 255, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 137 nəfərdir.