Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə yeridilməsinin mümkünlüyünü istisna etməyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kartapolovun sözlərinə görə, KTMT ölkələrindən olan “sülhməramlılara” Ukraynanın işğal olunmuş ərazilərində, o cümlədən Donetsk və Luqansk vilayətlərində tələbat olacağını istisna etmək olmaz.
O, həmçinin bildirib ki, Kreml Şimali Atlantika Alyansında (NATO) sülhməramlıların görünməsi ilə “razılaşmayacaq”.
Gülayə Mecid