ABŞ məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçə məxsus ABŞ istehsalı olan iki təyyarənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozaraq, xarici ölkədən Rusiyaya icazəsiz uçduqlarını əsas gətirərək onların müsadirə edilməsinə icazə verib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun Cənub Dairə Məhkəməsi tərəfindən edilən açıqlamada, Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ABŞ Ticarət Nazirliyinin Rusiyaya ixrac nəzarəti və lisenziya tələbləri gətirən müxtəlif sanksiyalar tətbiq etdiyi xatırladılıb.
Bu sanksiyaların ABŞ istehsalı olan təyyarə və təyyarə hissələrinə qoyulan qadağaların da uzadıldığını ifadə edən açıqlamada Abramoviçin 2 təyyarəsinin sanksiyalara zidd olaraq xarici ölkədən icazəsiz olaraq Rusiyaya aparıldığı qeyd edilib.
Açıqlamada Abramoviçə Boeing 787-8 və Gulfstream G650ER təyyarələrini müsadirə etməyə icazə verildiyi bildirilib.
Açıqlamada, sözügedən təyyarələrin bir sıra ön şirkətlər vasitəsilə Roman Abramoviçə məxsus olduğu və təyyarələrin ümumi dəyərinin 400 milyon dollardan çox olduğu bildirilib.
Gülayə Mecid