ABŞ-da koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir yumşalma olub.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bundan sonra ölkəyə girişdə COVID-19 testi tələbi aradan qaldırılır.
Yeni qərara əsasən, ABŞ-a gələn bütün sərnişinlərindən koronovirus testi tələb olunmayacaq.
Qeyd edək ki, ABŞ-a giriş üçün tələb olunan koronavirus testi ötən ilin yanvar ayından qüvvəyə minib.