Almaniya hakimiyyəti Ukraynaya yeddi ədəd özüyeriyən haubitsa və 30 Gepard özüyeriyən zenit silahı (ZSU) tədarük etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik bildirib.
Eyni zamanda diplomat Berlini bir daha tənqid edib ki, indiyədək ağır silahlar Kiyevə çatdırılmayıb.
Diplomatın sözlərinə görə, Gepard adlanan özüyeriyən zenit sistemləri iki mərhələdə çatdırılacaq.
Ağarza Elçinoğlu