Rusiyada qayığın yük gəmisinə çırpılması nəticəsində dörd nəfər həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Volqa çayının Çuvaşiya Respublikası ərazisində baş verib.
Məlumata görə, yük gəmisi Teneevodan Kolomenskoyeyə gedirmiş. Çeboksarı su anbarında "Voyager 670" qayığı yüksək sürətlə yük gəmisi ilə toqquşub. Qayıqda olan 4 rus həlak olub. Yük gəmisinin beş ekipaj üzvü xəsarət almayıb.
Ağarza Elçinoğlu