Rusiyanın Ukraynadakı əməliyyatının əsas məqsədi separatçıların qurduğu xalq respublikalarını qorumaqdır.
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Donetsk Xalq Respublikasının lideri Denis Puşilin verdiyi açıqlamada Donbasda qarşıdurmaların getdikcə ağırlaşdığı bildirilib və Rusiyadan bölgəyə daha çox əsgər göndərməsini tələb edib.
Bundan sonea mətbuata açıqlama verən Peskov "Ümumiyyətlə bu, bizim xüsusi Ukraynadakı əməliyyatımızın əsas məqsədidir", - deyib.
Aprel ayında Rusiyanın Donbas bölgəsinə hücumu ilə bölgədə münaqişələr getdikcə daha da şiddətlənir. Ukraynanın dünən Donetsk Xalq Respublikasına təşkil etdiyi artilleriya hücumunda 1-i uşaq olmaqla 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Gülayə Mecid