Rumıniya prezidenti Klaus Yohannis Almaniya, Fransa və İtaliya liderləri ilə birlikdə Ukraynaya güclü dəstək göstərmək üçün Kiyevə gəlib.
"Unikal" xəbər verir ki, Yohannis bu barədə “Twitter” səhifəsində məlumat verib və Kiyev vağzalındakı görüşün fotosunu yayıb.
"Mən bu gün avropalı həmkarlarım, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə birlikdə prezident Zelenskiyə və Ukrayna xalqına güclü dəstəyimizi və tam həmrəyliyimizi göstərmək üçün Kiyevdəyəm. Rusiyanın bu qanunsuz təcavüzünə son qoyulmalıdır”, - Rumıniya prezidenti yazıb.
Gülayə Mecid
In Kyiv today with my European colleagues 🇩🇪 Chancellor @OlafScholz, 🇫🇷 President @EmmanuelMacron and 🇮🇹 PM Mario Draghi @Palazzo_Chigi to show our strong support and full solidarity with President @ZelenskyyUa and the Ukrainian people. This illegal Russian aggression must stop! pic.twitter.com/r5wKaGJm9b
— Klaus Iohannis (@KlausIohannis) June 16, 2022