Rusiyada Urenqoy qaz yatağının ərazisində boru kəməri yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə,  hazırda yanğın lokallaşdırılıb və “mütəmadi olaraq iş aparılır”.

Qeyd edək ki, Urenqoy yatağı dünyanın ən böyük yataqlarından biridir. Onun qaz ehtiyatları 10 trilyon kubmetrə qədər qazdır.

Gülayə  Mecid