Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi qlobal ərzaq təhlükəsizliyini təhdid edir.
"Unikal" xəbər verir ki, bu barədə “Yeddilik” ölkələrinin səfirləri məlumat yayıb.
"Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Rusiya Ukraynadan dünya bazarlarına milyonlarla ton taxıl ixracının qarşısını alır. Dünyada ərzaq qiymətlərinin artması birbaşa Rusiyanın hərəkətlərinin nəticəsidir”, - səfirlər bildiriblər.
Məlumata görə, Ukrayna dəniz limanlarının Rusiya tərəfindən blokadaya alınması dünya bazarına 7 milyon ton buğda, 14 milyon ton qarğıdalı taxıl, 3 milyon ton günəbaxan yağı və 3 milyon ton günəbaxan unu gətirmədi. Bu, artıq dünya bazarında qiymətlərin rekord dərəcədə artmasına səbəb olub və istər-istəməz qlobal ərzaq böhranına və inflyasiyanın artmasına gətirib çıxaracaq.
Gülayə Mecid