Baş Prokurorluq Bakının Nərimanov rayonunda baş vermiş lift qəzası ilə bağlı açıqlama yayıb.

"Unikal" xəbər verir ki, açıqlamada deyilir: 

"İyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır".

xxx

22:40

Bakıda yeni tikilən binalardan birində lift qırılıb.

"Unikal" xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsindəki binalardan birində baş verib. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə bununla bağlı video paylaşılıb.