Füzulidə ötən gün kanaldan tapılan şəxsin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, həmin şəxs 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur. Z.Süleymanov 11-ci sinifi bu il bitirib. O, "Son zəng" tədbirindən bir müddət əvvəl itkin düşmüşdü.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Baş Mil kanalında axtarışlar zamanı onun meyiti tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.