Qusar rayonunda bədbəxt hadisə baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quxuroba kəndində qeydə alınıb.
Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub.
Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırmalar aparılır.