Ağstafada yeniyetmə intihar edib. 

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü S.Cəfərov özünü asıb.  

Yeniyetmənin meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov