Sumqayıtda inzibati binada ölüm hadisəsi qeydə alınıb.
"Unikal" xəbər verir ki, hadisə məhkəmə qərarlarının Sumqayıt şəhəri üzrə icra şöbəsində qeydə alınıb. Belə ki, ehtiyatda olan polkovnik-leytenant, Sumqayıt şəhər sakini 1962-ci il təvəllüdlü Şahmurad Müseyib oğlu Məmmədov inzibati binada ürək tutmasından dünyasını dəyişib.
Qarabağ qazisi Rey Kərimoğlu da bununla bağlı Feysbuk hesabında paylaşım edib.
“Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş”, - deyə Rey Kərimoğlu paylaşımında qeyd edib.