Yevlaxda  maşın idarəetmədən çıxıb, 5 nəfər yaralanıb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistralında Yevlax  şəhərinin girişində baş verib.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneələrə çırpılıb. Qəza nəticəsində maşında olan 1990-cı il təvəllüdlü sürücü Asiman İspəndiyarzadə, Ağdam rayon sakini olan sərnişinlər 1973-cü il təvəllüdlü Rəna İsmayılova, 2004-cü il təvəllüdlü Sevinc Şabanova, həmçinin bacı qardaş olan 2022-ci il təvəllüdlü Turqay Yaşar oğlu Aslanlı və 2017-ci il təvəllüdlü Elay Yaşar qızı Aslanlı yaralanaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov