Şəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.

"Unikal" xəbər verir ki, hadisə Şəki kəndi ərazisində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında 1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşının oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.