Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhərin Muğan küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Dadaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Ağayev Rəsul Füzuli oğlu və daha bir nəfər xəsarət alıb. Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağıı araşdırma aparılır.