Ötən gün gecə saatlarında Qax şəhəri daş bazarı adlanan ərazidə kişi meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, aparılan ilkin araşdırma zamanı meyiti tapılan şəxsin 1966-cı il təvəllüdlü Zəngilan rayon sakini Vüqar Ələsgər oğlu Fərəcli olduğu məlum olub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Fakla bağlı araşdırma aparılır.

Seymur Əli