"Rusiya iqtisadi inteqrasiyanı silahlandırdı".

"Unikal"
xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Canet Yellen mətbuata açıqlamasında bildirib.

O, həmçinin Vaşinqtonun beynəlxalq iqtisadi nizamdan sui-istifadə edən və ya pozan ölkələrə qarşı sərt nəticələr verəcəyini deyib.

"İqtisadi inteqrasiya Rusiya tərəfindən silahlandırılıb", - deyən Yellen bütün ölkələri Ukraynadakı müharibəyə qarşı birləşməyə çağırıb.

O, Hind-Sakit Okean regionuna 11 günlük səfərinin son mərhələsi olan Cənubi Koreyaya səfəri zamanı Cənubi Koreyalı həmkarları ilə Rusiya neftinin qiymətlərinə təklif olunan həddi müzakirə etməkdən məmnun olduğunu söyləyib.

Aynurə Xudaverdiyeva